15:24, 23 Oktyabr 2020 (Cümə) 92

Ermənistanda son sutkada 2474 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 2474 nəfər koronavirusa yoluxub
Ermənistanda son sutka ərzində koronavirusa 2 474 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb. 

Bu barədə "Sputnik Armenia” məlumat verib. 

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 73 310, ölənlərin sayı 1145 nəfərdir. 

Qonşu ölkələrdən Gürcüstan və Rusiyada da virusa yoluxma sayı artıb. 

Gürcüstanda koronavirusa yoluxanların sayı 24 562  nəfərə, ölənlərin sayı 183 nəfərə çatıb. 

Rusiyada COVID-19-a yoluxanların sayının 1 480 646, ölənlərin sayının isə  25 525 nəfər olduğu bildirilir. 

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Dünya üzrə 41.713.314 nəfər  koronavirusa yoluxub, 1.137.410 nəfər ölüb.