13:07, 16 Yanvar 2020 (Cümə axşamı) 63

Ermənistanda yeni Konstitusiyanın hazırlanması üzrə komissiya yaradılacaq

Ermənistanda yeni Konstitusiyanın hazırlanması üzrə komissiya yaradılacaq


/ DÜNYA
Tezliklə Ermənistanda Konstitusiyanın yeni mətnini hazırlayacaq komissiyanın tərkibi formalaşdırılacaq.

Bu barədə Ermənistanın mətbuat xidməti məlumat yayıb.

"Jamanak” nəşri qeyd edib ki, komissiya Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə yaradılır.

"Çoxları komissiyanın Ermənistanın prezident idarəetmə sisteminə keçməsi ilə bağlı layihə təqdim edəcəyinə əmindir. İdarəetmə sisteminin dəyişib-dəyişməyəcəyini söyləmək çətindir, ancaq dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsi ilə bağlı mövcud problemin həll ediləcəyi məlumdur”, - məqalədə deyilir.