15:30, 17 Oktyabr 2019 (Cümə axşamı) 509

Ermənistandan Avropaya uçuşlar 30 avroya başa gələcək

Ermənistandan Avropaya uçuşlar 30 avroya başa gələcək
Azərbaycanın "Buta Airways” aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açmaqla marşrut şəbəkəsini genişləndirib.

Bu barədə "Buta Airways” şirkəti öz rəsmi səhifəsində məlumat yayıb.

Belə ki, sentyabrın 18-dən Səudiyyə Ərəbistanın paytaxtı - Ər-Riyada, oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri  Dammama reyslər həyata keçiriləcək.

Yeni istiqamətlərin açılması ilə İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradılacağı və iki ölkə arasında işgüzar əlaqələrin güclənəcəyi ehtimal olunur.

Yaxın gələcəkdə "Buta Airways" aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

"Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir.

2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib.

Azərbaycandan isə Avropaya ən sərfəli çıxış Macarıstan Hava Yolları Şirkəti "WizzAir”-lə mümkündür. Birinci və beşinci günlər təşkil edilən uçuş təkcə Macarıstanın paytaxtı Budapeştədir. Qiymətlər isə uzaq tarixə 80-160 avro arası dəyişir.

Ermənistandan Avropaya uçuşlar isə cəmi 30 avroya başa gələcək. Belə ki, Avropanın ən böyük aşağı büdcəli aviaşirkəti olan "Ryanair” Avropa Birliyi ərazisindən Ermənistana birbaşa uçuşlar edəcək.

Bu barədə oktyabrın 16-da şirkətin rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir ki, artıq bu barədə razılaşma əldə edilib. İlk uçuşlar Yerevandan Berlin, Roma və Milana təşkil olunacaq. Həmçinin Ermənistanın Gümrü şəhərindən Almaniyanın Memmingen şəhərinə də birbaşa reys açılacaq. 

Bu, "Ryanair”in Ermənistanla olan ilk müqaviləsidir. Və 2020-ci il mayın 20-dək olan bütün uçuşların qiyməti 30 avro (55 manat) olacaq.

Zərifə Novruz