17:53, 11 Dekabr 2019 (Çərşənbə) 83

Ermənistanın Baş Prokurorluğu Serj Sarkisyanın vəsatətini rədd edib

Ermənistanın Baş Prokurorluğu Serj Sarkisyanın vəsatətini rədd edib


/ DÜNYA
 
Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyana qarşı açılan cinayət işinin dayandırılması ilə bağlı vəsatəti təmin etməyib.

"Novosti Armeniya” xəbər verir ki, vəkilləri S.Sarkisyanın toxunulmazlığını əsas gətirərək sabiq dövlət başçısı barəsində cinayət işinin dayandırılmasına dair Baş Prokurorluq qarşısında vəsatət qaldırıblar.

Vəkillər S.Sarkisyanın toxunulmazlıq hüququndan çıxış edərək Xüsusi İstintaq Xidmətinin ittihamlarının hüquqi qüvvəsi olmadığını, toxulmazlıq prinsipinin ona şamil olunduğunu bildiriblər.

Baş Prokurorluq  vəsatəti təmin etməyib. Keçmiş prezidentə qarşı irəli sürülən ittihamlar qüvvədə saxlanılıb.

Bildirilib ki, Kassasiya Məhkəməsinin 2018-ci il noyabrın 15-də qəbul etdiyi qərara əsasən, S.Sarkisyan prezident olduğu dövrdə öz şəxsi maraqlarından çıxış edib. Ona görə də S.Sarkisyanın prezident kimi toxunulmazlıq hüququ yoxdur.  

S.Sarkisyan dövlət büdcəsindən bir milyon dollar maliyyə vəsaitinin mənimsəməkdə şübhəli bilinərək ona qarşı cinayət işi başlayıb.