14:20, 07 İyun 2019 (Cümə) 155

Ermənistanın ədliyyə naziri istefa verib

Ermənistanın ədliyyə naziri istefa verib


/ DÜNYA
Ermənistanın ədliyyə naziri Artaek Zeynalyan istefa verib.

Bu barədə "Report.az" xəbər verir ki, o, bu barədə "Feyzbuk” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, hüquq sahəsində mövcud problemlərin həllinə yardım üçün bu addımı atdığını bildirib. A.Zeynalyan istefa ərizəsində qoyduğu nöqtələrlə bəzi müəmmalara da işarə edib: "Ümid edirəm ki, hər şey yaxşı olacaq, ..., bununla belə, əgər olmayacaqsa, çox yaxşı olacaq”.

Mayın 24-də Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan tutduğu vəzifədən istefa verib.