19:36, 24 Oktyabr 2020 (Şənbə) 97

Müdafiə Nazirliyi: “Ermənistana məxsus hərbi təyyarə vurulub” - YENİLƏNİB

Müdafiə Nazirliyi: “Ermənistana məxsus hərbi təyyarə vurulub” - YENİLƏNİB
Azərbaycan Hərbi Hava Qüvvələri Ermənistanın hərbi texnikası və infrastrukturunu sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan HHQ-si döyüş aviasiyası tərəfindən cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tank, 2 sığınacaq və bölüyün 4 dayaq məntəqəsi vurulub. 
 

 
16:44 
 
Ermənistan silahlı qüvvələrinə məxsus PUA Azırbaycan ordusu tərəfindən vurulub. 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, bu gün Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan Azərbaycan müdafiə bölmələri tərəfindən vurulub.
 


16:00 
 
Ermənistan hava qüvvələrinə məxsus təyyarə Azərbaycan ordusu tərəfindən vurulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.


14:14 
 
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.
 

 
11:33
 
Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bildirilir ki, Ermənistanın məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir. 
 

11:19
 
Ermənistan yaşayış məntəqələrini raket atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.

 
 

 11:13
 
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

Bu barədə Müdaifə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan Goranboy-Naftalan istiqamətindəki əraziləri atəşə tutur.



11:07
 
Ermənistan silahlı qüvvələri Azərbaycan yaşayış məntəqələrini atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələri atəşə tutulub.


11:05

Ermənistanın zərbə PUA-sı zərərsizləşdirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb. Razılaşmaların pozulmasında terefler bir-birini günahlandırırlar.