14:55, 20 Noyabr 2020 (Cümə) 83

Ermənistanın yeni müdafiə naziri bəlli oldu

Ermənistanın yeni müdafiə naziri bəlli oldu


/ DÜNYA
Ermənistan prezidenti Armen Sarkisyan yeni müdafiə naziri təyin edib ("Sputnik Armenia”, 20 noyabr).

Prezindentin imzaladığı fərmana əsasən Vaqarşak Arutyunyan yeni müdafiə naziri təyin edilib.

Ermənistan prezidentinin digər fərmanlarına əsasən Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan isə əmək və sosial məsələlər naziri təyin olunub.

Vaqarşak Arutyunyan baş nazir Nikol Paşinyanın baş müşaviridir. O, 1999-2000-ci illərdə də Ermənistanın müdafiə naziri olub.