20:54, 12 Dekabr 2018 (Çərşənbə) 346

Ermənistanın yeni parlamentinin ilk iclasının keçiriləcəyi tarix açıqlanıb

Ermənistanın yeni parlamentinin ilk iclasının keçiriləcəyi tarix açıqlanıb


/ DÜNYA
Ermənistanın yeni parlamentinin ilk iclası 2019-cu il yanvarın 7-də olacaq.

Ermənistan KİV-i xəbər verir ki, bunu baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş Razılaşması” blokunun Mərkəzi Seçki Komnissiyasındakı nümayəndəsi Vaaqa Oavakimyan bildirib.

Onun sözlərinə görə, komissiya dekabrın 16-da növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayacaq: "Seçkilərin nəticələrindən Mərkəzi Seçki Komissiyasının qərarı açıqlandıqdan 5 gün sonra şikayət edilə bilər”.

Dekabrın 9-da Ermənistan parlamentinə seçkilər keçirilib.