21:36, 18 Noyabr 2020 (Çərşənbə) 169

Ermənistanın yeni xarici işlər naziri təyin edilib

Ermənistanın yeni xarici işlər naziri təyin edilib


/ DÜNYA
Ara Ayvazyan Ermənistanın yeni xarici işlər naziri təyin edilib. Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında prezident Armen Sərkisyan bu gün bununla bağlı sərəncam imzalayıb. Bu barədə Ermənistan prezidentinin saytında məlumat verilir.

Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 16-da Ayvazyanı xarici işlər nazirinin müavini təyin etmişdi.

O vaxta qədər Ara Ayvazyan Ermənistanın altı Latın Amerikası ölkəsində (Meksika, Panama, Kuba, Kosta-Rika, Honduras, Qvatemela) fövqəladə və səlahiyyətli səfiri olub. Daha əvvəlsə Ayvazyan öz ölkəsini Baltikyanı respublikalarda (Litva, Latviya, Estoniya) səfir kimi təmsil edib.

Ara Ayvazyan 1969-cu ildə Yerevanda anadan olub. Yerevan Dövlət universitetinin arxeologiya fakültəsini bitirib və Beyrutdakı Hayqazyan kollecində politologiya ixtisası üzrə təhsil alıb. 1994-cü ildən XİN-də çalışır