10:39, 27 Yanvar 2019 (Bazar) 899

Çernobl əlilinin hekayəsi: "Yardım istədim, vermədilər"

18 il vaqonda yaşayandan sonra son bir ildir ki, Qarayevlər ailəsi mənzilə köçüblər. 

Yuri Qarayev 2-ci qrup Çernobl, həyat yoldaşı Şövkət Qarayeva isə 1-ci qrup əlildir. 

İkisinin birlikdə aldığı 380 manat pensiya ailənin yeganə gəliridir. 

Əlillik pensiyası onların nəinki dərmanlarını, heç gündəlik tələbatlarını ödəmir. 

Qarayevlərin himayəsində 17-18 yaşlı iki nəvəsi var.  

Yuri Qarayev 1993-cu ildən ev növbəsindədir. 

Toplum.Tv Çernobl əlilinin hazırki durumunu əks etdirən reportajı təqdim edir:

Hazırladı: 
Əbülfət Baxşəli
İzabella Qurbanlı
Şəhla Abbas
Lalə Tağızadə