İqtisadiyyat

"Əsas vəzifəmiz xarici valyutada olan borcları milli valyutada olan borcla əvəzləyək" - Nazir

21 May, 2019
739
"Prezidentin həyata keçirdiyi kompleks sosial-iqtisadi islahatlar proqramın vacib tərkib hissələrindən biri dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsidir. Bunun vacib elementlərindən biri dövlət borcunun idarə edilməsi ilə bağlıdır”.

Bu barədə  jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

"Dövlət borcunun idarə edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən 2018-ci ilin büdcə sistemi haqqında qanunvericiliyə edilmiş düzəlişlər hesabına fiskal büdcə qaydası təsdiq olunub. Bundan başqa, dövlət başçısı Azərbaycanın dövlət borcunun idarə edilməsi üzrə uzunmüddətli strategiyanı təsdiqləyib. Məhz bu vacib sənədlər çərçivəsində biz həm dövlət maliyyəsinin, həm də dövlət borcunun idarə edilməsini bundan sonra da həyata keçirəcəyik. Bununla yanaşı şübhəsiz ki, borc sahəsində görülən tədbirlər nəticə verməkdədir. Belə ki, prezidentin qarşımıza qoyduğu xarici borcun ümumi daxili məhsula (ÜDM) olan nisbətin azaldılması barədə tapşırıq mərhələlərlə icra olunmaqdadır. Ötən il xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz fəndi azaldılaraq, 24%-dən 19%-ə endirilib. Eyni zamanda biz ölkədə daxili borc bazarının da inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Ümumiyyətlə bu sahədə bizim əsas vəzifəmiz ondan ibarətdir ki, xarici valyutada ifadə olunmuş borcu azaldaraq daha çox onu milli valyutada olan borcla əvəzləyək. Hesab edirəm ki, bu, bizim borc sahəsində dayanıqlılığımızı xeyli artıracaq və dünya bazarındakı xarici şoklara qarşı müqavimətimizi xeyli möhkəmləndirəcək", - nazir qeyd edib.
 
Report.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo