22:40, 06 May 2019 (Bazar ertəsi) 573

Etiraz edən gənclər "Salaam Cinema Baku"da gecələyəcəklər - REPORTAJ

20-ci əsrin əvvəllərində "Molokanların ibadət evi"  kimi tikilən bu binada mədəni fəaliyyət məkanı olan "Salaam Cinema Baku" yerləşir.

Hazırda burada Beynəlxalq "IMAGINE"  Festival çərçivəsində film nümayişi keçirilir. 

2018-ci ilin sonunda bina özəlləşdirilib, indi mülk sahibi kirayənişinləri buradan çıxarmaq istəyir.

Mayın 2-də binanı sökməyə cəhd göstərilib, lakin gənclər bu binanın söküntünün qarşısını ala biliblər.

"Salaam Cinema Baku" -a iyunun 15-nə qədər vaxt verilib.

Mayın 6-da binanın sökülməsinə polis müdaxiləsi ilə cəhd edilib.

İctimai fəallar söküntünün qarşısını almaq üçün binaya toplaşıblar.

Onlar bina sökülməsin deyə burada gecələyəcəklərini deyirlər.
 
Nərgiz Absalamova