11:01, 17 Oktyabr 2018 (Çərşənbə) 248

ETSN: Ərazidə ara-sıra uçqunlar baş verir

ETSN: Ərazidə ara-sıra uçqunlar baş verir
Badamdardakı sürüşmə ərazisində aktivlik gecə boyu davam edib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında məlumat verilib.

Sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib: "Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir".

Qərargah oktyabrın 16-dan 17-nə keçən gecə də ərazidə müşahidələri davam etdirib. Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib.

Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.

Türkan Bəşir
Toplum TV