Sosial

Evdə qalanların stressə düşməməsi üçün psixoloqdan məsələhətlər

5 Aprel, 2020
982
Gözəgörünməz bir düşmənlə - koronavirusla mübarizənin indilik sonu görünmür. Hamıdan tələb olunansa evdə qalmaq, yoluxmamaq, yoluxdurmamaqdır.
 
İlk baxışdan sadə bir şeydir. Amma bütün gün pult əlində televizorun qabağında oturmaq, sosial medianı izləmək, mətbəxdə özünü oda-közə vurmaq, hər yanı təmizləmək, dezinfeksiya etmək, canlı ünsiyyət olmadan dörd divar arasında qalmaq... Adam havalana bilər. Elə psixoloqlar da bunu deyir...

Toplum Tv-yə danışan psixoloq Tariyel Faziloğlu məcburi izolasiyanın insanların bütün psixologiyasını alt üst edəcəyini düşünür. 

"Nəinki depressiya bütün psixoloji pozuntular, əsasən də obsesiv kompulsiv pozutunlar, təşviş pozuntuları və psixozlar sürətli şəkildə artacaq. Stress faktoru o qədər güclü olacaq ki, əsəb sistemi psixoloji immunineti demək olar ki, minimuma endirəcək. Nəticə etibarilə insanların daxili aqressiyası üzə çıxacaq". 

Stressin insan immunitetində önəmli dəyişikliklər edə biləcəyini söyləyən psixoloqun sözlərinə görə "ən ağırı isə onun insanın bütün immunitet sistemini məhv etməsidir, yəni immun sistemi aşağı düşəndə daxili xəstəliklər də oyanmağa başlayır və digər xəstəlikləri tutma şansı çoxalır”. 

T. Faziloğlu bu vəziyyətə düşməmək üçün izolyasiya dönəmini maksimum planlı şəkildə keçirməyi məsləhət  görür: "Hər gün işə gedirmiş eyni saatda oyanmalı, gündəlik fiziki idman etməli, vaxtında yemək yeyilməlidir. Yerdə qalan vaxtlarda yeni dil öyrənmək, kitab oxumaqla proqramlı şəkildə gündəlik planı doldurmaq olar. Adətən yemək vaxtlarında ailə üzvləri ilə bir araya gəlib, birgə vaxt keçirilməlidir. Amma qalan zamanlarda isə insan fərdi izolasiya olmalıdır ki, sosial ünsiyyət doyumluluğuna çatmasın. Evdə qalan insanlar bir-birləri ilə çox ünsiyyətdə olsalar, ünsiyyət doyumluluğuna çatacaqlar, bunun sonrası isə aqressiyaya çevriləcək. Bir-birlərindən bezməyə başlayacaqlar. Bu da ailə münaqişələrinin, ailə içi şiddətin artmasına gətirib çıxara bilər". 

Psixoloq evdə oturmağa məcbur qalan insanların səbəbsiz stress yaşamasını və aqressivləşməsini insan beyninin bioloji proqramlaşdırması ilə əlaqələndirir: "İnsan beyninin belə bir funksionallığı var ki, gündəlik yaşadığınız həyata uyğun olaraq beyniniz bioloji proqramlaşdırma aparır. Yəni sizin gündəlik həyatınızın böyük hissəsi evdən kənarda keçirsə, beyin bütün proqramı evdən kənara planlayır. Evdə qalmağa məcbur olduğunuz zaman o programlaşdırma dəyişmir, onun dəyişməsi, adaptasiyası üçün minimum 45, maksimum 90 gün lazımdır. Ona görə insan evdə özünü izolyasiya etməyə başlayanda beynindəki program onu narahat etməyə, əsəb keçirtməyə başlayır, aqressivləşir". 

Psixoloq evdə qalanların keçirdiyi stressin başqa bir səbəbinin isə sosial şəbəkələrdə, televiziyada, radioda daim koronavirusla bağlı negativ, qorxulu xəbərlər almağımızla əlaqələndirir. Bacarıb bu xəbərlərdən bir qədər uzaqlaşmaq lazımdır. 

Əsli İsmayılzadə


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo