16:05, 30 Aprel 2019 (Çərşənbə axşamı) 561

"Evimi söküblər, kompensasiyamı da başqasına veriblər" - Ağ şəhər sakini

Bura tikintisi 2011-ci ildə başlayan Ağ şəhərdir. Əliyeva Svetlananın evi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilmədən sökülüb.
 
Ev üçün ona çatacaq kompensasiyanın böyük bir hissəsini isə evdə qeydiyyatda olmayan birinə verilib.
 
Daha əvvəl isə həmin ərazidəki obyekti sökülmüşdü.
 
Xətai Rayon İcra Hakimiyyəti sökülən obyektin əvəzinə yeni yer vəd etsə də, icarə üçün yer verib.
 
Daha sonra obyektin əvəzində ona torpaq verildiyi deyilib.
 
Onun şikayəti aşağı instansiya məhkəmələrində təmin edilmədiyi üçün yeni şikayəti əsasında işi hazırda Ali Məhkəmədədir.
 
Uğur Fərzəli
Vüqar Mirzəbəy
Nərgiz Absalamova