Dünya

Evo Morales Meksikadan siyasi sığınacaq alıb

12 Noyabr, 2019
402
Boliviyanın bir gün əvvəl istefa verən Prezidenti Evo Morales Meksikanın siyasi sığınacaq təklifini qəbul etdiyini açıqlayıb.

O, seçki saxtakarlığı nəticəsində ölkəsində baş verən etirazlardan sonra istefa vermişdi.

Tvitterdə yazdığı bəyanatında Morales deyib ki, "Boliviyanı tərk etmək onu ağrıdır, amma o, daha "güclü və enerjili" olaraq geri qayıda bilər.

Meksikanın Xarici İşlər Naziri Evo Moralesin Meksika təyyarəsi ilə ölkədən getdiyini təsdiq edib.

Eyni zamanda Boliviyanın ordu rəhbəri hərbiçilərə Morales tərəfdarları ilə toqquşmalarda polisə kömək etmək üçün əmr verib.

Boliviya Prezidenti istefa versə də ölkədə onu tərəfdarları ilə etirazçılar arasında toqquşmalar davam edir.
 


Toqquşmalarda 20 nəfərin yaralandığı bildirilib.

Bolivia Prezidenti Evo Morales kütləvi etirazlardan sonra 14 illik hakimiyyətindən getdiyini açıqlayıb və istefa verib.

Evo Morales üç dəfə Prezident olduqdan sonra dördüncü dəfə üçün də seçkilər keçirdi, amma kütləvi etirazlardan sonra istefa verməli oldu.

Son seçkilərdə qələbəsini elan etdikdən sonra etirazlar zamanı ordu rəhbərliyi də ona getməsini çağırış etmişdi.

Seçki müşahidəçiləri seçkilərdə saxtakarlıq aşkar ediblər, ancaq Evo Morales dövlət çevrilişinin qurbanı olduğunu bildirib.

O, siyasi müttəfiqlərinin evləri yandırılandan sonra onların ailələrini qorumaq üçün hakimiyyəti tərk etdiyini deyib.

Evo Morales televiziya ilə çıxışında etirazçılara müraciət edərək "bacı-qardaşlarınıza hücum etməyin, yanğınları və hücumları dayandırın" deyib.
 
Paytaxt La Pazda milyonlarla boliviyalı regionun ən uzun müddətli prezidentinin hakimiyyətdən getməsinin belə tezliklə baş verməsini bayram edir.

Ən axırda ordu Evo Moralesə müraciət edərək Boliviyanın stabilliyi üçün getməli olduğunu bildirib.

O, çoxları üçün anti-demokrat lider olsa da digərləri üçün, xüsusəndə kasıb boliviyalılar üçün Evo Morales milyonlara söz haqqı verən prezident olub.

Boliviyanın ilk yerli rəhbəri olan Evo Morales dərin bərabərsizlik olan cəmiyyəti daha əhatəli hala gətirməyə müvəffəq olub.

Onun tərəfdarları bu hadisəni dövlət çevrilişi olaraq görsələr də, onun tənqidçiləri bunu tiranın sonu olaraq adlandırır. Bu günlər Cənubi Amerikanın ən kasıb xalqı üçün qeyri-müəyyən günlərdir.

Prezidentdən sonra vitse-prezident Alvaro Garcia Linera və Senatın Prezidenti Adriana Salvatierra da istefa veriblər.

Etirazçılar küçələrdə qələbələrini "hə, biz bacardıq" şüarları altında alov ətrafında qeyd edirlər.
 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo