18:16, 13 Sentyabr 2019 (Cümə) 133

Çexiyada Baş nazirə qarşı istintaqı dayandırmaq istəyirlər

Çexiyada Baş nazirə qarşı istintaqı dayandırmaq istəyirlər


/ DÜNYA
Praqanın baş prokuroru Baş nazir Andrey Babisə qarşı dələduzluq ittihamı üzrə istintaqın dayandırılması qərarını dəstəkləyib.

Azadlıq Radiosu xəbər verir ki, Baş prokurorluq qərarını sentyabrın 13-də, istintaqı aparan prokurorluğun onu dayandırmaq qərarını nəzərdən keçirəndən sonra açıqlayıb.

Ancaq ölkənin baş prokuroru bu qərarı ləğv edə bilər.

Çexiya polisi Babisin Avropa Birliyinin 2 milyon dollarlıq subsidiyalarından sui-istifadədə ittiham olunmasını tövsiyə edib.

Bu məsələ ölkədə 1989-cu ildən bəri ən böyük antihökumət etirazlarına səbəb olub, baş nazir parlamentdəki çoxluğunu itirib.

Söhbət AB-nin subsidiyalarının əvvəl Babis-ə məxsus olmuş, sonradan ailə üzvlərinə ötürülmüş şirkətlər qrupuna verilməsindən gedir. Agrofert konqlomeratı 250 şirkətdən ibarətdir. Subsidiyalar isə kiçik və orta biznes üçün nəzərdə tutulub.

Babis isə heç bir səhvə yol vermədiyini bildirir.