13:44, 21 Dekabr 2018 (Cümə) 421

Çexiyada mədən partlayışı olub - ölənlər var

Çexiyada mədən partlayışı olub - ölənlər var


/ DÜNYA
Çexiyada kömür mədənində partlayışda ölənlərin sayı 13-ə çatıb. 

Bu haqda Çexiya mediası yazır.

Dövlətə məxsus OKD şirkəti 800 metr dərinlikdə metan qazının partladığını bildirib. Hadisə dekabrın 20-də Praqadan 300 km şərqdə yerləşın Karvina şəhəri yaxınlığında baş verib.

Son məlumata OKD sözçüsünün münasibətini almaq mümkün olmayıb.

Daha öncə beş nəfərin öldüyü, səkkiz nəfərin itkin düşdüyü bildirilirdi.

Şirkətin məlumatına görə, ölənlərin və yaralıların çoxu ALPEX şirkətindən göndərilmiş polyak mədənçilər olub.

Onlayn xəbər portalı olan idnes.cz yazır ki, ölənlərin 11-I polyak, ikisi çexdir.