Siyasət

Fəallar Qubad İbadoğlunun qızının döyülməsində günahkar olanların cəzalandırılmasını tələb edirlər

20 Fevral, 2020
559
Avropa İttifaqı "Şərq Tərəfdaşlığı” proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində seçki komissiyasının üzvü Jalə Bayramovaya qarşı fiziki təzyiqi pisləyib.

Bu barədə məlumatı Turan İnformasiya Agentliyi yayıb.
 
Milli Platformanın bəyanatında xatırladılır ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi J.Bayramova Şürük kəndində 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olub.

Qız məntəqədə baş verən pozuntuların qeydə alınmasında prinsipiallıq göstərərkən ona fiziki hücum olub.

Sosial şəbəkələrdə yayılan videoçarxlardan məlum olur ki, J.Bayramovaya hücumu Dairə Seçki Komissiyasının katibi Mübariz Əmirov təşkil edib. Zorakılığı isə nə seçici, nə komissiya üzvü və ya müşahidəçi statusu olmayan Azadə Kərimova törədib.

Bu aqressiv hərəkətlər nəticəsində J.Bayramova  fiziki xəsarət və mənəvi zərbə alıb.

J. Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də hələ də zəruri tədbirlər görülməyib.

Milli Platforma J.Bayramovanın məruz qaldığı fiziki və mənəvi  zorakılıq və digər qanunsuz hərəkətləri hərtərəfli, tam, dolğun və qərəzsiz araşdırmağa, bu hərəkətlərə hüquqi qiymət verməyə və təqsirkarları müəyyən edərək cəzalandırmağa çağırır,  ədalətli mühakimə tələb edir. 

Jalə Bayramova tanınmış siyasətçi və iqtisadçı Qubad İbadoğlunun qızıdır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo