23:04, 31 İyul 2019 (Çərşənbə) 130

FED faiz dərəcəsini aşağı saldı

FED faiz dərəcəsini aşağı saldı
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 30-31 iyul tarixlərində keçirilən iclasların yekunu üzrə 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib.

"Report” xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı press-relizdə deyilir.

Qərar əksər analitiklərin proqnozları ilə üst-üstə düşüb. Yerli ekspertlərdə qərardan əvvəl eyni proqnozu verib.

FED on il ərzində ilk dəfə baza faiz dərəcəsini aşağı salıb.