Siyasət

Fəhmin Hacıyevin Azərbaycana girişinə qadağa qoyulub

8 Yanvar, 2020
478
Ukraynada mühacir həyatı yaşayan Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev yanvarın 7-dən Bakıya gəlib. Ona ölkəyə girişinə qadağa olduğunu deyiblər. Fəhmin Hacıyevi bir gecə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxladıqdan sonra geri, Ukraynaya qaytarıblar.

MeydanTV xəbər verir ki, bu barədə Fəhmin Hacıyev öz feysbuk səhifəsində məlumat paylaşıb.

Fəhmin Hacıyev yazıb ki, Azərbaycana girişinə qadağanın olması haqda xəbər onun üçün gözlənilməz olub:

"Kiyev-Bakı reysi ilə yanvarın 7-də saat 01:35 Bakıya gəldim. Sərhəd keçid məntəqəsində məmur xanım qonşu kabinetdəki kapitana müraciət etdi və pasportumu ona verdi. Təqribən 5 dəqiqədən sonra kapitan mənə dedi ki, sizin "stop”unuz var. Soruşuram necə yəni "stop” var, mən Azərbaycan vətəndaşıyam, ölkəmə girməyə niyə məhdudiyyət qoyulmalıdır? Cavab vermədi. Yarım saat sonra hava limanının nəqliyyat polisindən gəlib məni şöbəyə apardılar. Orada da bir qədər vaxt itirdikdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel”) apardılar”.

Fəhmin Hacıyev gecə kamerada saxlanıldığını və səhər sorğu- sual edildiyini qeyd edib:

"Mənə sonuncu dəfə Azərbaycanda olanda kimlərlə görüşdüyüm və nədən danışdığım barədə suallar verdilər. Cavab verdim ki, kimsə ilə gizlin görüşməmişəm, bütün görüşlər açıq olub. Əsasən köhnə xatirələri, müxalıfətdaxili və müxalifət-hakimiyyət münasibətləri müzakirə olunub. Ukraynada nə işlə məşğul olduğumu soruşdular. Olduğu kimi söylədim. Bir müddət sonra mənə elan etdilər ki, geriyə göndərilirsən. Anama baş çəkmək üçün bir günlük izin istəsəm də, rədd cavabı aldım”.

Fəhmin Hacıyev onunla ünsiyyətdə olanların özlərini çox nəzakətli və təmkinli apardıqlarını deyib:

"Hər birinə nümunəvi davranış üçün minnətdaram. Deport göstərişi verənlər üçün hələlik bunu deyə bilmirəm”.

Fəhmin Hacıyev 1992-ci ilin yanvarında AXC-nin təqdimatı ilə Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini təyin edilib. Az sonra Daşaltı əməliyyatının uğursuz olduğuna görə o, bu vəzifədən istefa verib. F.Hacıyev 1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər Daxili Qoşunların komandanı olub. Bir il Türkiyədə mühacirətdə yaşadıqdan sonra F. Hacıyev həbs olunub, 2004-cü ilə qədər həbsdə qalıb.

Avropa İnsan Hüquqları Məhkəməsi ilk dəfə Azərbaycana qarşı onun "iş”inə görə qərar çıxardıb.

Fəhmin Hacıyev 2009-cu ildən Ukraynada yaşayır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo