Dünya

Feministlər Polanskinin filminin nümayişinə mane olub

13 Noyabr, 2019
450
Fəallar afişaları cırıb və filmi boykot etməyə çağırıblar.
 
Polşa əsilli rejissor Roman Polanskinin film karyerası nə qədər uğurludursa, şəxsi həyatı bir o qədər keşməkeşlidir.

Xüsusilə, son illərdə cinsi istismarda günahlandırılması onu ən çox müzakirə edilən şəxsə çevirib.

Ötən gün Paris kinoteatrlarından birində Polanskinin yeni "J'accuse” filminin ilk nümayişi təxirə salınıb.

"РИА Новости” nümayişə feministlərin mane olduğunu yazır.

Kinoteatrın qarşısına toplaşan qırxa yaxın fəal girişi bağlayıb, afişaları çırıb və adamları rejissorun filmini boykot etməyə çağırıblar.

Boykota bu il noyabrın 8-də "Parisien” qəzetində keçmiş aktrisa və maniken Valentin Monyenin 1975-ci ildə 18 yaşında olarkən Polanski tərəfindən döyülərək zorlanması iddiası səbəb olub. Rejissor özü isə deyilənləri inkar edir.

Roman Polanski bundan öncə də zorlanmada ittiham olunub.

Samanta Qeymer başına gələnlərlə bağlı "Moi, Samantha, 13 ans, violée parRoman Polanski” ("Mən, Samanta, 13 yaşındayam, Roman Polanski məni zorladı”) adlı kitab yazmışdı.

Rejissor Samanta Qeymeri 1977-ci ildə 13 yaşında olarkən zorladığını etiraf etmişdi.

Zorlama hadisəsi məşhur aktyor Cek Nikolsonun evində foto seans zamanı baş verib. O zaman məşhur rejissor Roman Polanskinin 43, Samanta Qeymerin isə 13 yaşı olub. Məlum hadisədən sonra 42 gün həbsdə yatan Roman Polanski qeyri-qanuni cinsi əlaqəyə girməkdə ittiham olunub. Bundan sonra rejissor ABŞ-dan qaçıb və uzun müddət Amerika məhkəməsinə təslim olmayıb.

Bu hadisədən sonra Amerika Kinoakademiyasının rəhbərliyi rejissoru akademiya üzvlüyündən çıxarıb.

Kventin Tarantionun çəkdiyi "Bir dəfə Hollivudda” (2019) filminin ssenarisi də Polanskinin tragik həyatından götürülüb.

Roman Polanskinin 2002-ci ildə öz həyatının motivlərindən istifadə edərək çəkdiyi "Pianoçu” filmi isə üç "Oskar”, iki "BAFTA” və "Palm Dor” mükafatlarını qazanıb.

Zorlamaya görə Amerikaya girişinə qadağa qoyulduğu üçün "Ən yaxşı rejissor” mükafatını onun əvəzinə aktyor Harrison Ford alıb.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo