11:57, 26 Noyabr 2019 (Çərşənbə axşamı) 319

Feministlər qadına qarşı zorakılıq əleyhinə kampaniya başladıb

Feministlər qadına qarşı zorakılıq əleyhinə kampaniya başladıb
Feministlər 25 noyabr Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədar kampaniyaya başlayıblar.

Azərbaycanlı feministlər 25 noyabrdan bir neçə gün əvvəl "Şiddətə Susma!” demək üçün kampaniyaya başlayıblar. Belə ki, sosial media hesablarından zorakılıq əleyhinə freym yaradaraq öz profil hesablarından paylaşıblar. 

Feministlər hər hansı bir aidiyyatı qurumun (Milli Məclis, DİN, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, məktəblər, polis bölmələri və s.) qarşısında sosial mesaj verən plakatlar (A4 vərəqi) ilə şəkil çəkdiriblər. 

Daha sonra isə 25 noyabrda həmin fotoları #25Noyabr, #Susma, #ŞiddətəSon həştəqləri ilə paylaşaraq, qurumların zorakılıqla əlaqəsi barədə status yazıblar. Həmçinin, müxtəlif ərazilərdə divarlara şiddət əleyhinə şüarlar yazıblar. 

Feministlər bu yolla şiddətə etirazlarını bildiriblər.  

Zərifə Novruz