Siyasət

"Fərman Ceyranlının həbsi sifariş əsasında təşkil edilib''

10 Dekabr, 2018
1793
Demokratik Qüvvələrin Milli Şurası Gürcüstanda saxlanılaraq 6 il azadlıqdan məhrum olunan professor Fərman Ceyranlı ilə bağlı etiraz bəyanat yayıb.

Milli Şura xatırladıb ki, rəsmi ittihama görə Fərman Ceyranlı rəhbərlik etdiyi, Tiflis şəhərində fəaliyyət göstərən "Lanset” klinikasında qaraciyər transplantasiyası zamanı xəstənin həyatını itirməsində günahkar bilinir:

"Milli Şura əminliklə qeyd edir ki, bu, siyasi həbsdir və Azərbaycan hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Professor Fərman Ceyranlının Tiflisdə, AXCP sədrinin müavini Gözəl Bayramlının Gürcüstan-Azərbaycan sərhədində və tənqidçi-araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tiflisdən oğurlanaraq Bakıya gətirilib, həbs olunması ilə eyni dövrdə baş verib. Belə ki, bu hadisələr, hökumətin müxalifətə qarşı böhtan və qarayaxma siyasətinin əsas təbliğat ruporlarından olan haqqin.az saytının, yuxarıda adları çəkilən şəxslərin həbs edilməsi tələbilə hökumətə müraciətindən az sonrakı dövrə təsadüf edir. Həmin müraciətdə deyilirdi ki, Fərman Ceyranlı Tiflisdə siyasi mühacirlərin fəaliyyətinin koordinasiyası və müxalifətin maliyyələşdirilməsi ilə məşğuldur”.

Bəyanatda vurğulanır ki, Əfqan Muxtarlının 2017-ci ilin may ayının 29-da Tiflisin mərkəzində oğurlanaraq Azərbaycana gətirilməsində Gürcüstanın dövlət orqanlarının əməkdaşlarının iştirak etməsi təkzibedilməz faktdır.

"Məhz o səbəbdəndir ki, indiyədək Gürcüstan tərəfi yerli vətəndaş cəmiyyətinin və beynəlxalq qurumların ciddi tələblərinə baxmayaraq, bu cinayətin üstünü açmayıb. Hətta ölkə prezidenti Georgi Marqvelaşvilinin işə qarışması da bu işə yardım edə bilməyib. Fərman Ceyranlının həbsi, aparılmış istintaq və davam edən məhkəmə prosesi göstərdi ki, bu iş də Əfqan Muxtarlı məsələsində olduğu kimi Azərbaycandan alınmış sifariş əsasında təşkil edilib və bir əməliyyatın tərkib hissəsidir”.

Bəyanatda bildirilib ki, Tiflis Apelyasiya Məhkəməsinin prosesi dəfələrlə təxirə salması, süni şəkildə uzatması və hələ də hökm çıxarmaması, bu həbsin siyasi sifariş olduğunu göstərir. Demokratiya sahəsində inqilabi dəyişikliklərə imza atmış, postsovet ölkələri arasında hüquqi dövlət standartlarına ən çox yaxınlaşmış, NATO və AB üzvlüyünün bir addımlığında olan Gürcüstanda bu cür hüquqi özbaşınalığın baş verməsi çox üzücüdür:

"Gürcüstanın dövlət orqanlarının qeyri-legitim, korrupsiyaçı və cinayətkar Əliyevlər rejiminin öz opponentlərinə qarşı çirkin üsullarla mübarizəsində yer almasından dərin narahatlıq bildirir və Fərman Ceyranlının dərhal azad edilməsini tələb edirik”.

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda "Lancet” klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib. http://www.meydan.tv/az/site/politics/31671/

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib.

O, bunu Azərbaycan müxalifətinə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, F.Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo