17:02, 18 Sentyabr 2019 (Çərşənbə) 52

Feysbuk məzmuna müdaxilədən şikayət orqanı yaradır

Feysbuk məzmuna müdaxilədən şikayət orqanı yaradır


/ DÜNYA
Feysbuk sosial şəbəkəsi istifadəçinin yerləşdirdiyi materialın  çıxarılmasından şikayətlərə baxan, məzmunun bərpası tələbini araşdıran müstəqil müşahidəçi orqanın tətbiqinə hazırlaşır. 

"Novator.az"ın məlumatına görə, 2020-ci ildən fəaliyyətə başlayacaq orqanın işinə 40-a yaxın ekspert cəlb etmək planlaşdırılır.

Qrupun ilk üzvlərinin adları 2019-cu ilin sonuna qədər məlum ola bilər. Plana əsasən, şikayətlərə baxan ekspertlər 3 il müddətinə təyin olunacaqlar. Hər şikayətə 5 ekspertdən ibarət qrupun baxacağı vurğulanır.

Ekspertlərin çıxardığı qərarın məcburi olması nəzərdə tutulur. Ancaq feysbuk rəhbərliyi materialın bərpasını qanun pozuntusu hesab edərsə, ekspertlərin qərarı nəzərə alınmayacaq.

2004-cü ildə yaradılan feysbukun qaydalarına əsasən, şəbəkə idarəçilərinin istifadəçinin yaydığı materialı silmək hüququ var.