12:47, 27 İyun 2019 (Cümə axşamı) 89

Fəzail Ağamalı: "Sabiq deputatlar pensiyanın məbləğindən narazılıq edirlər"

 Fəzail Ağamalı:
Milli Məclisinin iunun 27-də keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edilib.

Bu barədə  "Report.az" xəbər verib.

Xəbərə görə, bu barədə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.

"Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, - o vurğulayıb. 

Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.