18:16, 02 Sentyabr 2019 (Bazar ertəsi) 57

FİFA ilin ən yaxşılarının adını açıqlayıb

FİFA ilin ən yaxşılarının adını açıqlayıb


/ DÜNYA
FİFA ilin ən yaxşıları adına namizədlərin siyahısını açıqlayıb.

"APA" İA məlumatına görə, hər nominasiyada ən yaxşı adına üç iddiaçı qalıb.

Kişi futbolçular arasında Kriştianu Ronaldo (Portuqaliya, "Yuventus”), Lionel Messi (Argentina, "Barselona”) və Vircil van Diyk (Hollandiya, "Liverpul”) namizəddir.

Ən yaxşı kişi məşqçisi adına Pep Qvardiola (İspaniya, "Mançester Siti”), Yurgen Klopp (Almaniya, "Liverpul”) və Maurisio Poçettino (Argentina, "Tottenhem”) iddiaçıdır.

Ən yaxşı qapıçı adına da üç namizəd var. Bunlar Alison Bekker (Braziliya, "Liverpul”), Ederson (Braziliya, Mançester Siti”) və Andre Ter-Şteqendi (Almaniya, "Barselona”).

Qaliblərin adları sentyabrın 23-də İtaliyanın Milan şəhərindəki tədbirdə açıqlanacaq. Mərasimdə ən yaxşı qadın futbolçu, qadın məşqçi, qadın qapıçı, ən gözəl qolun müəllifi və azarkeş mükafatı təqdim olunacaq.