23:03, 14 İyun 2019 (Cümə) 131

FİFA milli komandaların reytinqini açıqlayıb

FİFA milli komandaların reytinqini açıqlayıb
İyunun 14-də FİFA milli komandaların reytinqini açıqlayıb.
 
Azərbaycanın milli futbol komandası 110-cu yerdə göstərilir.

Belçikanın liderlik etdiyi reytinqdə İran 20-ci, Türkiyə 38-ci, Rusiya 44-cü, Gürcüstan 94-cü, Ermənistan 97-ci sıradadır.

FİFA reytinqi oyunların əhəmiyyəti, rəqiblərin oyuna qədər olan mövqeyi nəzərə alınmaqla əldə edilən nəticələr əsasında tərtib edilir.

Rəsmi yoldaşlıq oyununun əmsalı ən azı 5, ən çoxu 10, beynəlxalq turnirdə oyunun minimum əmsalı 15, maksimum əmsalı 60-dır.

Əsas və əlavə vaxtda qələbə 1 xal, penalti seriyasında qələbə 0,75 xal, həmin seriyada məğlubiyyət 0,5 xaldır.