12:38, 19 Sentyabr 2019 (Cümə axşamı) 46

FIFA reytinqində Azərbaycan millisinin neçənci yerdədir?

FIFA reytinqində Azərbaycan millisinin neçənci yerdədir?
FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

"Report.az" verdiyi məlumata görə, Azərbaycan millisinin mövqeyi dəyişməyib. 

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla 109-cu yerdə qalıb. AVR-2020-nin seçmə mərhələsində səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə 1:1-lik bərabərə qalan yığma hesabına 3 xal əlavə edib.

Siyahıya 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya isə 1719 xalla üçüncü sıradadır.