16:33, 30 Noyabr 2019 (Şənbə) 110

Florian Zenqstşmid: "Azərbaycana 4 milyon turist cəlb olunacaq"

Florian Zenqstşmid:
"2023-cü ilə qədər 4 miyon turist Azərbaycana cəlb olunacaq. Bu ilin statistikasına  görə  Azərbaycanda turizim ümumi daxili məhsulun 3 faizini təşkil edir. 2023-cü ilə qədər ildə 4 milyon turistin ölkəyə cəlb edilməsi istiqamətində işlər görülür”. 

"Report”un məlumatına görə, Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid belə deyib.

O, iştirak etdiyi  "Azərbaycan Turizm Sammiti – 2019” tədbirində bildirib ki, bu göstəricini artırmaq istəyirlər: "Ölkədə turizm potensialını artırmaqla buna nail olmaq olar".

ÜDM göstəricisi Gürcüstanda 7%, Türkiyədə isə 5% təşkil edir. Bu isə digər ölkələrdəki rəqəmlərə nisbətdə aşağı göstəricirdir. 

Rəsmi statistikaya görə son 10 ildə mehmanxana və otellərin sayı 25%-dək, həmin müəssisələrdəki yerlərin sayı isə 35%-dək artıb. 2018-ci ildə Azərbaycana gələn turistlərin 63%-i 3 ölkənin - Rusiya, Gürcüstan və Türkiyənin payına düşüb. 20%-ə qədər turist İrandan və ərəb ölkələrindən gələnlərin payına düşür. 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb. 

Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.

 Roza Məmmədova