17:28, 26 Aprel 2019 (Cümə) 202

“Formula 1” -də növbəti qəza baş verib

“Formula 1” -də növbəti qəza baş verib
"Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib. 

Böyük Britaniyanın "Racing Point” komandasının sürücüsü Lens Strollun idarə etdiyi bolid beton səddə çırpılıb. Zərbənin gücündən maşının sol təkəri sıradan çıxıb. Bolid trasdan evakuasiya olunub. 

İlk sərbəst yürüş zamanı Böyük Britaniyanın "Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolid drenaj lyukunun qapağına toxunaraq qəzaya uğrayıb. Bu səbəbdən birinci yürüş ləğv olunub.