12:46, 04 Dekabr 2018 (Çərşənbə axşamı) 92

Fransa hökuməti geri addım atır

Fransa hökuməti geri addım atır


/ DÜNYA
Fransanın Baş naziri Eduar Filipp ölkədə dizel yanacağına verginin artırılması qərarını dayandıra bilər.

Bu qərarın hakim partiya deputatları ilə görüş zamanı açıqlanacağı gözlənilir.

Qeyd olunur ki, dizel yanacağına verginin artırılması qərarı bir neçə ay müddətinə təxirə salına bilər.

Bu qərarla əlaqədar Fransada noyabrın ortalarından etibarən etiraz aksiyaları və iğtişaşlar davam edir.
 
Trend