23:38, 27 İyun 2019 (Cümə axşamı) 102

Fransada bir şəxs məscidin qarşısında insanlara atəş açıb

Fransada bir şəxs məscidin qarşısında insanlara atəş açıb


/ DÜNYA
Fransanın Brest şəhərində naməlum şəxs məscid qarşısında odlu silahdan atəş açıb.

Bu barədə "Report.az" məlumat yayıb.

Nəticədə məscidin imamı və yoldan keçən şəxs yaralanıb.

Məlumata görə, polislər atəş açan şəxsin meyitini aşkar ediblər. Meyit öz maşınının yanında olub. Onun özünə qəsd etdiyi bildirilir.