Dünya

Fransada etirazlar ölkə iqtisadiyyatına ciddi ziyan vurub

27 Noyabr, 2018
1168
Noyabrın 17-də Fransada dizel yanacağına verginin artırılmasına qarşı başlayan etiraz askiayaları ölkə iqtisadiyyatına mənfi təsir göstərib.

Məlumatı Fransanın iqtisadiyyat naziri Bruno Le Maire keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, aksiyalara görə şirkətlər noyabrın 17-də 39 faiz, şənbə günü isə 24 faiz zərərə uğrayıb.
 

Le Maire şirkətlərin daha çox zərər görməməsi üçün bəzi tədbirlər görəcəklərini vurğulayıb.
 

Fransa polisi ölkə boyu 10 gün davam edən etiraz aksiyalarında nümayişçilərlə toqquşub.

Daxili işlər naziri Kristorfer Kastaner bildirib ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq Fransa nümayişlərinə 600 mindən çox insan qatılıb. 

Parisin Yelisey ətrafında isə 8 min adam aksiyada iştirak edib.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

Aksiya iştirakçıları barrikadalar qurub, keçə işarələri və işıqforları sındırıb.

Bir qrup fəal polisin müdaxiləsinin qarşısını almaq və küçədə daşları yıxmaq üçün maneə yaratmışdılar.

Pərvanə Qurbanlı
Toplum Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo