16:38, 27 Mart 2020 (Cümə) 210

Fransada gənc qız koronavirusdan ölüb

Fransada gənc qız koronavirusdan ölüb
Fransada 16 yaşlı qız koronavirusdan (COVID-19) ölüb.

APA-nın məlumatına görə, "L’Express” xəbər verir ki, Fransa vətəndaşı olan qızda ötən həftə az öskürək müşahidə olunub. Daha sonra onun vəziyyəti pisləşib, öskürəyi artıb, boğulmalar başlayıb, nəticədə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada ona koronavirus diaqnozu qoyulub, bir neçə gün sonra isə infeksiyanın yaratdığı nəfəs problemindən vəfat edib. O, Avropada koronavirusun ən gənc qurbanı olub.

Valideynləri bildirib ki, qızın heç bir xroniki xəstəliyi və şikayəti olmayıb.