17:00, 03 May 2019 (Cümə) 119

Fransada nümayişlərə qatılmaq üçün öz yerinə başqa adam göndərmək olar

Fransada nümayişlərə qatılmaq üçün öz yerinə başqa adam göndərmək olar


/ DÜNYA
Fransada 30 yaşlı yerli fermer Qrequar Lojye internetdə müəyyən ödəniş qarşılığında nümayişlərdə bir insanın yerinə başqasını - dublyor-statisti tutmağın mümkün olduğu "Wistand" saytını açıb.

Bu ilin may ayında saytda üç mövzuda nümayişlər üzrə xidmət göstərilməsi təklif olunur: 1 May yürüşü, mayın 9-na təyin edilmiş işçilərin ümummilli tətili və mayın 18-nə təyin olunmuş pestisidlər istehsal edən "Monsanto" şirkətinə qarşı etiraz aksiyası.

Arzu edənlər mövcud qanunlara zidd olmamaqla öz mövzularını da təklif edə bilərlər. Bundan əlavə, sayt sahibi xidmətlərin yalnız hökumətin icazə verdiyi nümayişlər və mitinqlər üzrə göstərilməsi prinsipinə ciddi nəzarət edir.

"Dublyor"dan istifadənin hər saatı 15 avroya başa gəlir. Onun yeri mobil telefona quraşdırılmış proqram sayəsində dəqiq izlənilə bilər.

Daha əvvəl Parisdə keçirilən nümayişlər zamanı üç polis xəsarət alıb.

Report.az