13:39, 13 May 2019 (Bazar ertəsi) 60

Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edilib

Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Ələsgərovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə mayın 13-də Prezident.az saytında məlumat paylaşılıb.
 
Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov "Şöhrət” ordeni ilə təltif edilib.
 
Fuad Ələsgərov keçmiş deputat və Milli Məclisin sədri Murtuz Ələsgorvun oğludur. 

Mayın 14-də F.Ələsgərovun 60 yaşı tamam olur.