20:22, 20 Sentyabr 2019 (Cümə) 1559

Fuad Qəhrəmanlı istefa verib

Fuad Qəhrəmanlı istefa verib
AXCP sədr müavini Fuad Qəhrəmanlı öz vəzifəsindən istefa verib. 

O bu baradə feysbuk hesabından bildirib.

Fuad Qəhrəmanlı istefası ilə bağlı bildirib ki, AXCP nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verir.

Dünən Fuad Qəhrəmanlının qızı Selcan Yağmur feysbuk profilində keçmişdə atası tərəfindən həm anasına, həm bacısına həm də özünə fiziki şiddət olduğunu bildirib, atasından imtina etdiyi açıqlamışdı.

Fuad Qəhrəmanlı isə iddiaları təkzib edib.

Vüqar Mirzəbəy