19:36, 18 Aprel 2019 (Cümə axşamı) 243

Fuad Qəhrəmanlının az yaşlı qızına hücum edən şəxsə həbs cəzası verilib

Fuad Qəhrəmanlının az yaşlı qızına hücum edən şəxsə həbs cəzası verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sanay Yağmura hücum edən Tural Qarayev inzibati qaydada cəzalandırılıb. 

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə ona 15 sutka inzibati həbs cəzası verilib.

Aprelin 17-də Tural Qarayevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sanay Yağmura hücum etdiyi bildirilir.

Sanay Yağmurun sosial şəbəkələrdə yaydığı məlumata görə, Tural Qarayev onu təhqir edib və ona qarşı fiziki güc işlədib