14:52, 19 Sentyabr 2019 (Cümə axşamı) 1620

Gələn il Azərbaycanda qaz istehlakının artacağı gözlənilir

Gələn il Azərbaycanda qaz istehlakının artacağı gözlənilir
Bu il və növbəti il ərzində Azərbaycanda qaz istehlakının 14 mlrd. kubmetri ötəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu haqda mətbuat konfransında Energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir xatırladıb ki, qaz istehlakı 2018-ci ildə 12,6 mlrd. kubmetr olub: "2019-2023-cü illərdə "Abşeron” qaz-kondensat yatağı, "Şəfəq-Asiman”, "Babək” perspektiv strukturları, "Ümid” və "Qarabağ” yataqları üzrə görüləcək tədbirlər ölkə iqtisadiyyatının gələcəkdə qazla fasiləsiz və keyfiyyətli təminatına imkan yaradır”.