21:58, 18 May 2019 (Şənbə) 191

Gənc fəal Rüstəm İsmayılbəyli polis bölməsinə çağırılıb

Gənc fəal Rüstəm İsmayılbəyli polis bölməsinə çağırılıb
Bakı Dövlət Universitetinin tələbəsi Rüstəm İsmayılbəyli və qeydiyyatda olduğu evdə yaşayan qohumları 35-ci polis bölməsinə çağırılıb. 

Bu barədə, o, öz feysbuk hesabından yazıb. 

Rüstəm İsmayılbəylinin sözlərinə görə, bölməyə çağırılmasına səbəb kimi  etdiyi paylaşımlar göstərilib. 

Daha sonra telefonu götürülüb və paylaşımları silinib.
Rüstəm İsmayılbəyli Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində oxuyur. 

6 yanvar tarixində Mehman Hüseynov üçün təşkil olunan aksiyada saxlanılıb. 

O, daha sonra universitet rəhbərliyinin təzyiqlərinə məruz qaldığı barədə məlumatlar yayıb.

Vüqar Mirzəbəy
Toplum Tv