22:13, 16 İyul 2019 (Çərşənbə axşamı) 143

Gəncə hadisələrinə görə tutulanların yaxınları aksiya keçirib

Gəncə hadisələrinə görə tutulanların yaxınları aksiya keçirib
Gəncə hadisələri ilə əlaqədar ittiham olunanların anaları oğullarına ədalət tələbilə şəhərin əsas meydanında aksiya keçirməyə cəhd edib. 

Bu barədə Amerikanın Səsi məlumat verib.

Aksiya iştirakçıları  hesab edirlər ki, oğulları günahsızdır, ittiham isə saxtalaşdırılıb.

Aksiya iştirakçılarından biri  bildirib ki, analar övladlarına qarşı işgəncələrin araşdırılmasını, obyektiv məhkəmə keçirilməsini və həbs edilənlərin azad olunmasını tələb edib.

Aksiya iştirakçıları saxlanılaraq Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə aparılıb. Bir müddət sonra onları sərbəst buraxıblar.

2018-ci il iyulun 3-də Gəncədə şəhərinin o zamankı icra hakimi Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında Elmar Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

İyulun 10-da axşam Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb. Bunun ardınca dindarların kütləvi həbsi baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət göstəriyi iddia edilən 6 nəfər öldürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsi 40 nəfərdən ibarət  5 qrupun barəsində hökm çıxarıb. Onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər. İki qrupun işi üzrə proses davam edir. Bütün proseslər Bakının Sabunçu Rayon Məhkəməsində keçirilib.

Bundan əlavə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 8 nəfərdən ibarət qrupu mühakimə edib. Onlar 12 ildən 14 ilədək cəza alıblar.

Həmin şəxslər başqa cinayətlərə görə mühakimə olunublar. 

Digər 16 nəfər, o cümlədən Gəncənin keçmiş icra başçısına atəş açmış Yunis Səfərov hələ də istintaq altındadır.

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülalıyev "Gəncə işi" üzrə ittiham olunanlara qarşı işgəncələrdə əli olduğu iddia edilən hüquq-mühafizə orqanları əməkdaşlarının siyahısını dərc edib.

Siyahı "Gəncə hadisələri 2018-ci il: terror, təxribat və ya ictimai etirazlar. Reallıqlar və uydurmalar" adlı hesabatda əksini tapıb. Sənəd iyulun 10-da ictimaiyyətə təqdim edib.

Araşdırma böyük olduğundan hüquq müdafiəçisi müttəhimlərə işgəncə verən, onlarla qeyri-insani rəftar məruz qoyan polis və prokurorluq orqanları əməkdaşlarının adlarını ayrıca dərc etməyi qərara alıb.

Hüquq müdafiəçisi məlumatın müttəhimlərin, onların ailə üzvlərinin və vəkillərin bilgiləri əsasında tərtib edildiyini bilirir.

Siyahıya Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi və Gəncə polisinin 16 əməkdaşı daxildir.