Siyasət

"Gəncə işi"-nin apelyasiya mərhələsi keçirilib

1 May, 2019
881
Gəncə hadisələri ilə bağlı müxtəlif müddətə həbs cəzası alanlardan bir qrupunun apellyasiya şikayəti ilə bağlı bu gün Bakı Apelyasiya Məhkəməsində hazırlıq iclası keçirilib. 

Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə proses iştirakçılarının anket məlumatları dəqiqləşdirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin Sabunçu Rayon Məhkəməsində keçirdiyi, fevralın 22-də hökm oxunmuş 11 nəfərdən 10-nun apelyasiya şikayətinə baxılırdı: Rauf Arif oğlu Qurbanzadə(7 il), Kamal Qüdrət oğlu Quliyev(8 il 6 ay), Raul Fazil oğlu Süleymanov(8 il), Kamal Qalib oğlu Məmmədtağıyev(7 il), Samir Ramiz oğlu İbrahimov(10 il), Mireşqin Nazim oğlu Seyidov(7 il), Əli Hüseyn oğlu Rzayev(8 il 6 ay), Xəyal Xalid oğlu Qafarov(10 il), Qadir Fazil oğlu Hüseynov(7 il), Vüqar Rauf oğlu Allahverdiyev(8 il) və Ülvi Saləddin oğlu Həsənov(8 il). Onlar CM-i20.1, 228.1, 234.1, 234.4.3, 315.2 maddələri ilə ittiham olunub.

Bir nəfər – Mireşqin Seyidov apelyasiya şikayəti verməkdən imtina edib(daha doğrusu, prosesdə iştirak edən valideynlərdən birinin sözlərinə görə, onun xalası apelyasiya şikayəti verməyib. Mireşqinin valideynlərinin hər ikisi bir neçə il qabaq ölüb).

Şikayətçilərin vəkillərindən birinin prosesin məhkəmə araşdırılması aparılmadan keçirilməsi barədə vəsatəti bəzi vəkillərin etirazına səbəb oldu. Bu işdə mühakimə olunanların çoxu dövlət hesablı vəkillə təmin olunub. İşə bəzi müstəqil vəkillər də qoşulub. Onlar ilkin instansiyada prosesin qanun pozuntusu ilə aparıldığını, əslində məhkəmə araşdırılması olmadığını nəzərə alaraq Apelyasiya Məhkəməsinin istintaqla aparılması barədə vəsatət qaldırdı. O, hüquqlarını müdafiə etdiyi şəxsin heç bir cinayət törətmədiyini, tamamilə qanunsuz həbs olunduğunu bildirdi: "Təsəvvür edin, bu adam 19-da həbs olunub, 24-də evində axtarış aparıb narkotik tapırlar”. Başqa bir neçə vəkil də prosesin məhkəmə istintaqı ilə aparılması ilə bağlı həmin vəsatəti müdafiə etdi, onlar hadisə zamanı kamera görüntülərinin məhkəmədə nümayiş olunmasını istədi. Müttəhimlər də birinci instansiyada heç bir araşdırma aparılmadığını, onlara özlərini müdafiə imkanı verilmədiyini bildirərək "zərərçəkən” şəxslərin də prosesə dəvət olunmasını, məhkəmə istintaqı aparılmasını, onlara çıxış imkanı yaradılmasını sədrdən xahiş etdi. Sədrlik edən hakim Elçin Xasməmmədov növbəti proseslərdə onlara danışmaq üçün bəs deyincə şərait yaradılacağını dedi.

Mütəhhimlərdən biri bildirdi ki, belə bir vədi ilkin instansiyada da onlara versələr də, sonda buna əməl etməyiblər: "Prezident İlham Əliyev də məhkəmə islahatlarından, humanizm prinsiplərindən danışır, ancaq nə məhkəmə islahatı var, nə də humanizm, heç bir cinayət törətməsək də, uzunmüddətli həbsə atılmışıq”.

Bütün vəsatətlər dinlənildikdən sonra dövlət ittihamçısı Ədalət Əzimov, ənənəvi olaraq, birinci instansiyada yetərincə məhkəmə istintaqı aparıldığını əsas gətirərək vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş etdi.

Müşavirə otağına gedən hakimlər kollegiyası 20 dəqiqəlik fasilədən qayıdıb baxış iclasının mayın 17-si saat 15.00-a təyin olunduğunu, prosesin məhkəmə istintaqı aparılmadan keçiriləcəyini, yəni verilən vəsatətlərin təmin edilmədiyini bildirdi.

Gəncə hadisələri ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə yaymışdı: "2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
 
Meydan.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo