23:06, 19 Sentyabr 2019 (Cümə axşamı) 2117

“Gəncə işi”ndə daha bir qrupa hökm oxundu - VİDEO

Sentyabrın 19-da "Gəncə işi" üzrə təqsirləndirilən bir qrup şəxsə hökm oxunub.

Eşqin Quliyev 20 il, Oqtay Hüseynzadə və Ürfan Məmmədov 18 il, Rauf Bayramov 9, Abbas Abbasov və Elşən Məmmədov 7, Hüseyn Bayramov 2 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilənlər polis əməkdaşlarının qətlində iştirakda, onlara qarşı zorakılğın tətbiqində, kütləvi iğtişaşların təşkilində və onlarda iştirakda ittiham olunublar.

Valideynlər qərara etiraz ediblər.

İşə Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılıb.

Hazırladı: Nərgiz Absalamova