21:37, 30 Sentyabr 2019 (Bazar ertəsi) 4418

“Gəncə işi”ndə təqsirləndirilən 4 nəfər azadlığa buraxılıb - VIDEO

Sentyabrın 30-da Sabunçu rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Gəncə işi üzrə təqsirləndirilən 8 nəfərə hökm oxuyub.

Təqsirləndirilənlərdən Bəkrəm Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Digər 4 nəfər - Vüqar Yusifov, Emil Məmmədov, Şahin Verdiyev (2 il sınaq müddəti) və Elmir Hüseynzadə (3 il sınaq müddəti) azadlığa buraxılıb.

Hazırladı:
Nərgiz Absalamova