14:02, 08 Noyabr 2019 (Cümə) 108

Gəncə məhbuslarının valideynləri aksiya keçirib - VİDEO

 
 
Noyabrın 8-də Gəncə hadisələrində həbs olunanların valideynləri Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd edib.

Valideynlər polis müdaxiləsi ilə administrasiyadan uzaqlaşdırılıb.Onların bir qismi administrasiyaya dəvət olunub.
 
Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Elmar Vəliyevə sui-qəsd olub.

Bundan sonra Gəncənin mərkəzində etiraz aksiyasına cəhd edilib. Həmin aksiyalarda iki polis əməkdaşının öldürüldüyü bildirilirdi.

Gəncə hadisələrindən sonra həbs olunan bu şəxslər kütləvi iğtişaşların təşkilində və ya iştişaşlarda iştirakda, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunurlar.

Təqsirləndirilənlər onlara qarşı irəli sürülən ittihamı qəbul etmirlər, azad olunmalarını tələb edirdilər.


Hazırladı: Əbülfət Baxşəli