Siyasət

Gəncə məhbusunun xanımı: “Mənzildən çıxarıldıq,.. oğlum da oxuduğu universitetindən uzaqlaşdı”

13 May, 2019
376
Ötən ilin iyulunda Gəncə olayları zamanı həbs edilənlərdən Aydın Qurbanovun vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda Penitensiar Xidmətinin Müalicə Mərkəzində olan Aydın Qurbanov mayın 12-də həyat yoldaşı Məhbubə Qurbanova ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə danışan Məhbubə Qurbanova bildirib ki, Aydın Qurbanov mədə-bağırsaq ağrılarından əziyyət çəkir, çətin nəfəs alır, yeməkdən də faktiki kəsilib: "Mən onun müalicə olunduğuna inanmıram, çünki heç bir müalicə getmir, adamı ay yarımdır MRT-yə ( MRT-Maqnit rezonans tomoqrafiya) salmırlar, bilinsin ki, daxili orqanların vəziyyəti necədir”.

"2 aydır yoldaşımın mədəsində qanaxmalar baş verib,...”

Məhbubə Qurbanovanın sözlərinə görə, yoldaşı Cinayət Məcəlləsinin 228.3 maddəsi ( Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham edilir: "10 aydır istintaq davam edir, iyulun 28-də həbs olunub.Vəkili olsa da, ciddi müdafiə olunmur. Mənim müraciət etmədiyim dövlət orqanı qalmayıb, cavab yoxdur. 2 aydır yoldaşımın mədəsində qanaxmalar baş verib, amma xəbərimiz olmayıb, çünki əlaqə saxlaya bilməmişik. Yalnız onu deyirdilər ki, soyuqdəyməsi var, Kürdəxanı təcridxanasında onun səhhəti ilə ciddi məşğul olmayıblar, indi də Müalicə Mərkəzinə gətiriblər. Bu, ölüm cəzasıdır. Aydın həbs olunanda sağlam idi, necə oldu ki, indi qanaxması var? Həkim də deyir şiş var…”.

"Mənzildən çıxarıldıq,.. oğlum da oxuduğu universitetindən uzaqlaşdı”

M.Qurbanova hazırda kirayədə yaşadıqlarını söyləyir: "Biz ipoteka krediti ilə mənzil almışdıq, Aydın həbs olunandan sonra 5 il yaşadığımız mənzildən çıxarıldıq, çünki pulu verə bilmədik. Oğlum da oxuduğu Gəncə Dövlət Universitetindən uzaqlaşdı, çünki uşağı oxutmağa maddı imkanımız yox idi”.

Məhbubə Qurbanovanın bu dediklərinə Penitensiar Xidmətdən və bu qurumun Müalicə Mərkəzindən münasibət almaq mümkün olmayıb.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işi məhkəməyə göndərilib.

Onlardan yalnız, hələlik, 2 qrupun məhkəməsi başa çatıb.

Onlar əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib.Onların çoxu özlərini tamamilə günahsız sayıb. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Həmin olaylarla bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib.Umumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
 
Amerikaninsesi.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo