09:50, 17 Oktyabr 2020 (Şənbə) 66

Gəncədə ölənlərin sayı 13, yaralıların sayı 40-dan çoxdur (YENİLƏNİB)

Gəncədə ölənlərin sayı 13, yaralıların sayı 40-dan çoxdur (YENİLƏNİB)
18:04
 
YENİLƏNİB
Gəncədə həlak olanların sayı 14-ə çatıb.

"Report”un məlumatına görə, itkin düşən uşağın meyiti dağıntılar altından çıxarılıb.


10:06

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə Gəncədə ölənlərin sayı 13-ə çatıb. 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri hələ də davam edir.

 
***
 
09:50

Oktyabrın 17-də Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub.
 
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev gecə saat 02:56-da öz tvitter hesabında yazıb ki, Ermənistan silahlı qüvvələri Gəncəyə "Elbrus” ballistik raketi atıblar.
 
H.Hacıyev həmçinin qeyd edib ki, Gəncədə 20-dən artıq ev dağılıb, mülki əhaliyə ciddi ziyan dəyib.
 
Münaqişə zonasına daxil olmayan Gəncə şəhəri indiyə kimi 3 dəfə raket atəşinə tutulub.
İlk raket oktyabrın 4-də atılıb, daha sonra Azərbaycan-Ermənistan arasında humanitar saziş imzalandıqdan bir qədər sonra oktyabrın 11-də yenidən Gəncəyə raket atılıb.