13:26, 17 İyun 2019 (Bazar ertəsi) 112

Gəncədə yaşayış evinə mərmi düşdüyü iddia edilir

Gəncədə yaşayış evinə mərmi düşdüyü iddia edilir
İyunun 12-də Azərbaycan ordusunun təlimləri zamanı Gəncədə fərdi evlərdən birinə mərmi düşüb. 

Onda olan məlumata görə, bu raket təlim atışları zamanı Ağstafa rayonu tərəfindən buraxılıb. Raket damı və tavanı dələrək, fərdi evlərdən birinə düşüb.

Gəncədəki mənbələrdən "Turan" İnformasiya Agentliyindən verilən məlumata görə, evdə olanlardan xəsarət alan olmayıb. Hərbi Prokurorluq istintaq aparır.

Turan agentliyi şərh üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Mətbuat xidməti sualı yazılı şəkildə göndərməyi xahiş edib. Amma bazar ertəsi günorta saatlarına qədər cavab daxil olmayıb.

Eyni zamanda, fotoşəkillə tanış olan hərbi ekspert qeyd edib ki, şəkildə əks olunan, çox güman ki, 125 mm 3BM26 modelli tank mərmisidir.