Sosial

Gömrük Komitəsi 306 kiloqram heroin ələ keçirib

19 Mart, 2019
1121
Dövlət Gömrük Komitəsi aparılan əməliyyat nəticəsində Azərbaycandan tranzit keçiriləcək 306 kiloqram 710 qram heroin aşkar etdyini bildirib.

Məlumata görə, narkotik maddə İrandan gətirilib, Gürcüstana aparılmalı idi.

"Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İranın "Nader Morvarıd Astara” şirkəti tərəfindən Azərbaycandan tranzit keçməklə Gürcüstanın "Marıana Younes Saeı Dızajyekan” şirkətinə göndərilən "daş bloklar” yükü daşıyan üç yük avtomobili saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib və nəticədə iki avtomobilin qoşqularında olan "Daş bloklar” yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib”.

Məlumata görə, avtomobillərdən birinin srücüsü İran vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi "SCANIA” markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı 28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib.

"Digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilsə də, yoxlama yerinə çatarkən sürücü nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb. O, yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttindəolan "şlaqbaumu” sındıraraq Azərbaycan ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İran İslam Respublikasının Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub”.

Gömrük Komitəsi bildirib ki, digər sürücü İmanı Rouhollah Alıakbarın idarə etdiyi "VOLVO” markalı yük avtomobilinin qoşqusunda olan 15 paletdəki 960 ədəd daş bloklarda yoxlama zamanı 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılmaları ilə birlikdə, ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib.

İki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroinin ümumi çəkisi 306 kq 710 qram olub ki, "qara bazar”da dəyəri 21 milyon 500 min manat təşkil edir.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo